Göydə uçuşan kağızlar kölgələrlə yarışır…
Bir nəfəs dər dərindən, həyatın qaranlığınabaxuzaqdan. Görməyi bacaracaqsanmı? Bilmirəm, amma çətindiryaşamaq, və məni, yazdıqlarımı anlamaq. Qorxulu yuxularınbirparçası olmaq istəmirəm. Nə də istəmirəm yazdıqlarım “anlaşılmaz, boş, mənasızsözlər” adıyla damğalanıb bir kənara atılsın. İstəmirəm, millətimyavaş-yavaşəriyibyoxa çıxsın. Həqiqətlərlə doludünyanın yalanları kimi nə qədəryaşamalıyıq? Cavab tapanda anlayacaqsanyaşamağının mənasını.
Nə yazdığımı bilmirəm. Susumuşam. Sadəcə qələmim kağızın üzərində rəqs edir.S ətirlərim naməlumluqladolur. Heç kəs bəyənmədi, heç kəs oxumadı, bükülübbirqırağ atıldı. Bəyənmirsənsə, istəmirəm, oxuma bir daha (!), canın sağ olsun… Dərdimdən danışmaqistəmirəm. Nə də sizi yormaq. Oxumaq istəmirəmözyazdıqlarımı özümbelə. Anlamırlarsözlərimi, heç istəmirəmdə (!), anlamasınlar…
Bəsdi artıqtabeolduqbaşqalarına! Bir dəfə də cəsarətimizi toplayıbdüzgünaddım ataq. Bəsdi artıq istəklərimizə tabe olduq. Biz nəfsimizin qulu deyilik!…
Yorma özünü, anlamayacaqsan… Yorma özünü…
Bilmirəm, hansı dalğaların əsiriolmuşam. Bilmirəm, küləklə hansı istiqamətə üztutmuşam.
Xəyalpərəstlikmi? Dəlilikmi? Qəribəlikmi? Yoxsa, acizlikmi? Nə deyim bunun adına? Mənibürüyən bu hissə, bu istəyə? NƏ DEYİM?
Yazmaq istərdim həqiqətlərdən. –Yox, sus, olmaz! Gərəkheç kəs bilməsin.
Yazmaq istərdim yalanlardan. –Yox, sus, olmaz! Yalanlarınla insanları yorma.
Bilmirəm. Bilmirəm, nə edim, nə deyim? Yaşamaq üçün bəhanə axtarmağa ehtiyac yoxdu, ölmək üçün də. Həyat öz axışıyla dəvam edir. Hər şeyin öz sırası var…
Səbirsizlik. Bilinməzlik. Yorğunluq. Boğazımdan tutub məni boğur. Həyatın qəddarlığıyla dolub-daşan sətirlərin sətiraltılarında qalıb sıxılmaq arzusu yox içimdə. Nə də bilinməzliklə sizi boğmaq istəmirəm. Bezmişəm, amma yazmaq istəyirəm. Bilinməzliklərlə dolu bu insandan. Heç kəsin anlamadığı birindən…
Qaranlıqmı yordu məni? Səssizlikmi? Yoxsa sənsizlikmi? Bəlkədə üçüdə birlikdə. Axır ki, nə isə bir şey mənə qarşıdı. Sətirlərimə qarşı. Sözlərimə qarşı. Düşməndi mənə. Amma elə bilirlər ki, ilk düşmənim onlardı. Xəbərləri yoxdu ki, mənim ilk düşmənim özüməm. Səbəbinidə bilmədən.
Kaş intaharın nə qədərböyükbirgünaholduğunu bilməsəydim… Bəlkə onda hər şeydahafərqli olardı. Daha qısa.Daha mənalı. Belə bilinməzliklə yox…
Muzafferus