Bilmədik
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 17:39 18 iyul 2015 tarixində əlavə olunmuşdur

Bilmədim necə oldu, sətirlərimdən sənin adıvı pozdular
Axtardım, gecə yarı çılpaq ayaqlarla adıvı yox, cəsədivi tapdım.
Azıbdır bəzi insanlar, içdə öldürülübdür tanrı, yoxdur vicdan
Necə qıydılar tellərivə, axı mən onların qoxusu ilə şeir yazırdım.
Kaş sıfırlaya bilərdik zamanı
Olardı bizim üçün ədalət dövrü.
Əgər yenidən doğulsaq, kökünü kəsmədiyimiz ağac budaq versə
Və biz bunu görə-görə, yenə çürük meyvəni yeməyimiz olacaqdı.
Saxtakarlığı üzə vursaq, çirkli pullarla örtüləcəkdir üzləri.
Gecdir, yanan körpə üçün gecdir.
Can sevgili bilmədik, bir anlıq unutdum mən
Sən demə insan əli oda dəydiqcə ayılacaqdır.

Tanrı bu gün səman qaraldı, bax gör necə insan öz vicdanını qaraldır
Sən öyrətmədin axı bəşəriyyətə saxtakarlığı
Amma sənin olduğun bədənlər indi yanır.
Kaş geri qaytarmaq olardı ruhları
Çünki Bakı ruhsuz qalıb.
Coşur içim, sətirlərdə gəzir hisslərim
Biz necə bilmədik, yanıb kül olmadan iyrənc saxtakarlığı.
Buludlar ağlayır, amma alışıb yanan ürəkləri söndürmür
Can sevgili bilmədik, alışıb yanacaqdır ürəklər bilmədik...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0248 saniye