Bilməm,nə demiş ol gülə əğyar,üzü gülmür,
Olmuş nə ağır dərdə giriftar,üzü gülmür.
****
Ol çarəsizin dərdi nə dərddir,bilənim yox,
Dərd əhlidi həm dərdinə qəmxar,üzü gülmür.
***
Ardınca düşüb könlünü almaq dilədim mən,
Gözlər dedi,qəmhanədə axtar,üzü gülmür.
***
Tən eylədi aləm mənə,sevmək də günahmış,
Gündən günə artmaqdadı ah-zar,üzü gülmür.
***
Mövlud,deməsinlər sənə yardan üzü dönmüş,
Yoxdur sənə tay əhdə vəfadar,üzü gülmür.
22.05ə2015.Zərdabi.Mövlud Ağamməd.