
    BİLMİRƏM 
 dağılmışam otağın künclərinə,
 özümü yığışdıra bilmirəm.
 paranoya,fobiya harayların,
 dörd divara sığışdıra bilmirəm.
 içimdəki qarğalarım
 parçalayır ürəyimi.
 əllərimlə tutub o qarğaları,
 didişdirə bilmirəm.
 gözlərim də yol çəkir,
 baxışlarım uzaqlarda.
 tutub onları öz bədənimdə,
 gəzişdirə bilmirəm.
 saç-saqqal basıb məni,
 bu görkəmdə neçə caqqal basıb məni,
 dağıdırlar ruhumu halsız olmuşam.
 taqətim də qalmayıb,
 onları əzişdirə bilmirəm.