Bir gün dünya məndən xəbər alacaq,
Nə vermisən mənə,ala bilmirsən?
Olanları bir-bir xatırlayacaq,
Sən nə üçün yada sala bilmirsən?
Sənə cənnət verdim barlı_bəhərli,
İpəkdən don tikdim zibalı,zərli.
Səni xəlq etmədim kədərli,qəmli,
Özünü salmısan hala,bilmirsən?
Doyunca ye dedim istədiyindən,
Şeytana uymagil,çıxma özündən.
Saxlaya bilmədin özün nəfsindən,
Haram qatdın halal mala,bilmirsən?
Azmıdır,çoxmudur,vecinə deyil,
Acmıdır,toxmudur,vecinə deyil.
Varmıdır,yoxmudur,vecinə deyil,
Tikmisən özünə qala,bilmirsən?
Mövludam,gözüm yox dünya malına,
Yanıram mən sənin belə halına.
Vaxt-vədə yetişib haqq dərgahına,
Qalıbsan hamıdan dala,bilmirsən?
21.01.2014 / Zərdabi
Mövlud Ağamməd