Bilsəydim kaş (Qarabağıma ithaf edirəm)
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 10:21 21 aprel 2016 tarixində əlavə olunmuşdur

Əzizim, Qarabağ!
Əzizim, bir parçam!
Sənsiz yarım qalmışam… Sənsiz qalmışam… Acım böyükdür, yaram sağalmazdır… Rəngli idin, indi olmusan ağ, qara, retro filmlərində olduğu kimi xatırlayır bəzisi, bəzisi isə heç görməyib səni, qarabağlı ola-ola…

Nə biləydim axı… Səni məndən ayıracaqlar… Nə biləydim, muradıma yetişməyəcəyəm, həsrət qalacağam dünyada məşhur olan Qarabağ atlarına, qalalarıma… Doğma torpağımı yazılarımda, sözlərimdə, xəyallarımda yaşadacağam… Nə biləydim axı, qonşu dediklərim insan olmayacaq… Düşmən olacaq, nifrət edəcək sənə, mənə, özününkü etmək istəyəcək…

Nə biləydim axı… Bu qədər yalançı, bədbin, murdar xislətlidirlər, saxtakardırlar, onlara aid olmayan yeri-torpağımı özlərinki edəcəklər… Tarixi şüvənlik və saxtakarlıq, güclü tərfədaşları ilə səni bu qədər il ərzində tanınmaz hala salacaqlar…

Nə biləydim axı… Belə asan itirəcəyəm səni və bu qədər ili sənsiz yaşayacağam, həsrətində olduğum halda, həyatım davam edəcək, sənsiz ölməyəcəyəm…

Nə biləydim axı… Ulu babamın tikdiyi şəhərlər, basdırdığı qəbir daşları yerlə yeksan olunacaq, dağıdılacaq, izlərimiz itəcəkdir…

Nə biləydim axı… Sənin adını da dəyişəcəklər sonradan gələn varvarlar…

Nə biləydim axı… Soyqırım olacaq, bu qədər iddialı nifrət olacaq bizə qarşı, sənə qarşı…

Qan axıtmaqla fəxr edəcəklər… Günahsızları öldürəcəklər, işgəncə verəcəklər sənə, övladlarına…

Nə biləydim axı, baxmayacaqlar hamilə qadındır, ahıldır, uşaqdır, körpədir, anadır… Kəsəcəklər başlarını, tikə-təkə edəcəklər, axıdacaqlar onların qanını sənə…

Bunları səni itirməmişdən öncə və bu qədər ili “sülh” şəraitində yaşamağımız üçün gözlədiyimiz zaman anlasaydıq, bəlkə də, susmazdıq, baxmazdıq başqalarına, dinləməzdik başqalarını… Qaytarardıq səni geriyə… Kaş biləydik qədrini, dəyərini öncədən… Gec olmamışkən… Sənin də dəyərini itirəndən sonra anladıq!!!!

Fəxr edirəm indi xalqımla, çoxluqla, kim olmalarından, necə olmalarından asılı olmayaraq, hər kəsə sənə görə birləşdi, sənə görə yaşamağı öyrəndik, saldıq səni yadımıza, sən bizi Qara Bağınla həmrəy etdin…
Bilirəm gözün yoldadır, gözləyirsən bizi… Ehtiyacın var bizə…
Səbr et bir az da, ölmə, gəlirik, tezliklə, qovuşacağıq! Bu qədər səbr etmisən, dözmüsən, bilirəm, bağışla, gecikdiyimizə görə…

Əzizinəm, Qarabağ,
Qarabağda hala bax,
Ağlar qalma, millətim,
Hücum elə, önə bax!

Əzizinəm, Qarabağ,
Qara bağça, qara bağ,
Rəngin indi ağ, qara,
Başqa rənglərdən uzaq…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.021 saniye