Bimar oluban dərdimi loğmanla bölüşdüm
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:30 02 fevral 2016 tarixində əlavə olunmuşdur

Bimar oluban dərdimi loğmanla bölüşdüm,
Dərdimlə qalıb baş-başa hicranla bölüşdüm.
***
Qəm qəm gətirər söylədilər,qəmdi əlacın,
Qəmdən cüda olmaq nədi,əfğanla bölüşdüm.
***
Dağlar dözə bilməzdi mənim dərdimə,billah,
Səhralara qəm yetmədi,ümmanla bölüşdüm.
***
Yoxdur,deyəsən,dərdimə dərman,nə edərdim,
Yusik kimi öz dərdimi zindanla bölüşdüm.
***
Dərd əhli bilir dərdi nihan çəkməyi,Mövlud,
Razim dilə düşməz ola,pünhanla bölüşdüm.

16.04.2015.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0524 saniye