bir adam özünü asdı bu gecə
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 21:56 02 may 2014 tarixində əlavə olunmuşdur

bir adam özünü asdı bu gecə
asdı ürəyimin şah damarından...
bir adam özünü asdı gizlicə
asdı çin olmayan arzularından

nə kətil var idi ayağı altda
nə məktub yazacaq kimsəsi vardı
gözəl dedikləri parlaq həyatdan
əlində qalanı boş arzulardı

göz yaşı donmuşdu yanaqlarında
özü ağlamışdı öz ölmünə
təbəssüm donmuşdu dodaqlarında
özü inamırdı öz öldüyünə

öldü, sükut çökdü, susdu ömürlük
onun bu sükutu qulaq batırdı...
onun bu çəlimsiz sinəsindəki
çəlimsiz ürəkdə nələr yatırdı...

bir adam özünü asdı bu gecə
asdı ürəyimin şah damarından...
bir adam özünü asdı gizlicə
asdı çin olmayan arzularından
(c) Bir dəlinin gündəliyi


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0256 saniye