Bir adam var uzaqlarda...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:24 20 fevral 2018 tarixində əlavə olunmuşdur

Hardasa bir adam var uzaqlarda 
Ümidlərinin qanadları qırıq,
Həsrəti ocağa çevrilmiş.
Alovlanan qəlbində
İnildəyir qübar bağlamış hisslər.
Hardasa, bir adam var uzaqlarda
Bütün qadınlara küsmüş,
Əlini hamıdan üzmüş,
Güvəni adsız limanlarda suya düşmüş
Özünü yaşamağa məcbur edən bir adam.
Deyirlər, şeirdən komada yaşayır
Əsil şairlər.
Yuxusuz,
Ac-susuz,
Qaranlıq otağın Ay ışığı aydınladan köşəsinə qısılmış
Bir adam var
Hardasa uzaqlarda.
Hardasa, bir adam var uzaqlarda.
Tavası yanıq,
Stəkanı sapsarı
Qabları sınıq.
Yorğanından özləm qoxusu gəlir
Yastığından vüsal narahatlığı.
Hardasa, bir adam var uzaqlarda
Şəkillərdə gülür
Rəngli çərçivədən baxır
Rəngsiz həyatına.
Şeir yazdığı qadınların unutduğu,
Güvəndiyi adamların daşladığı
Cəmiyyətin dışladığı
Bir adam var uzaqlarda.
Hardasa, bir adam var uzaqlarda...


Aysel Abdullazadə...
11.12.2017

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+11=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0286 saniye