Bir adətdii aşiqlərdə əzəldən....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:40 01 yanvar 2017 tarixində əlavə olunmuşdur

Bir adətdi aşiqlərdə əzəldən,
Dərdi olan olmayana hirs verər.
Arif olan nadanları qandırar,
Dərsi olan olmayana dərs verər.
***
Nə baxırsan,məlul-məlul,qıyqacı,
Kimsə bilməz,nədir dərdim əlacı.
İstəsən,lap başımın sən ol tacı
Taxtım üçün sultanı bəs kim verər?
****
Sən Mövluda etmə,gülüm, işvə-naz,
Qismətinə düşən paya demə az.
Taleyinə nə istəsən,onu yaz,
Fələk sənin yazdığına tərs verər.

24.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0224 saniye