bir ana laylası eşidilirdi...
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 03:51 21 yanvar 2013 tarixində əlavə olunmuşdur

bir ana laylası eşidilirdi

bir ana var idi məzar başında

körpətək məzarı qucaqlamışdı

nazlama deyəcək oyanışında...


sakitcə bir həzin layla deyirdi

oyanar körpəsi, birdən ağlayar

bəzən hıçqırırdı gözləri yaşlı

bilirdi körpəsi çətin oyanar


bir şam da yandırıb məzarın üstə

körpə gecələri çox diksinərmiş.

Qızılgün gətirib məzarın üstə

elə bil oğlunun toyuna gəlmiş


bir ana laylası eşidilirdi

bir yatmış körpə var, bir oyaq ana

Ana beşik kimi yırğalanırdı...

o layla deyirdi şəhid oğluna...


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0256 saniye