Bir az da səbr elə gözünə qurban
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:31 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Cəsurluq zirehin geyə bilmədim,
Dilim polad oldu, əyə bilmədim,
Səni sevdiyimi deyə bilmədim,
Bir az da səbr elə gözünə qurban

Qara tellərində dənlər görünür,
Döyünən ürəyim oda bürünür,
Bu Tural arxanca çoxdan sürünür,
Bir az da səbr elə gözünə qurban

Sevginin məşəli sənlə qalandı,
Sevgimin həsrəti mənlə qalandı,
Düşünmə ürəyin sənin qalandı,
Bir az da səbr elə gözünə qurban

Bir anlıq əlinə toxundu əlim,
Yenə gözüm qaraldı, tutuldu dilim,
Qəlbindən keçəni haradan bilim,
Bir az da səbr elə gözünə qurban

Əlinə toxunmaq təsadüf oldu,
Neçə səni qısqanan saçını yoldu,
Sənə doğru gedən yol, çox uzun yoldu,
Bir az da səbr elə gözünə qurban

06.08.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0438 saniye