bir az şeir olmaq
Sən An tərəfindən "Şeir" bolməsinə 23:46 21 fevral 2016 tarixində əlavə olunmuşdur

ən ali həqiqət təklikdədir
kimsəyə, nəyəsə parçalanmır.
bütöv qalır beynində,
getdiyin yollarda haçalanmır.

***

kirayə tutduğum yer kürəsindən,
bütün hündür binalar alçaq görünür.
qonşular da bir-biri ilə yola getmir,
bu savaş mənə çox nahaq görünür.

***

telefonun səssizliyi qulaq batırır
söndürdüm.

yadıma gəlir bir vaxtlar hər dəfə anam 
zəng açardı.
hardasan ,nə edirsən ,
toxsanmı,
acsanmı soruşardı.

telefonun səsli vaxtlarında,
sevdiyim qız mesaj yazardı.
işini bitirdinmi, yorğunsanmı 
hardasan,
deyərək sorğulayardı.

telefonun səsli vaxtlarında 
dostlarım zəng açardı,
gəl yığışmışıq pivə içirik.
gecikmə tez gəl 
əsəbimizlə oynama
deyərək məni acılayardı.

mən də telefonun səsli vaxtlarında,
anama,
sevdiyim qadına,
dostlarıma tələsirdim.

telefonumun nə səsli,nə səssiz vaxtlarında
atamdan zəng gəldi.
atam çoxdan ölmüşdü.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+38=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye