Bir başqaydı eyyy...
Rəqsanə ÖMRƏİM tərəfindən "Şeir" bolməsinə 09:16 24 iyun 2017 tarixində əlavə olunmuşdur

Utanmayan baxışların, öpüşlərin

vaxtıdı,

O vaxt bir başqa vaxtı...

Toxunmazdı,

əl atmazdı arzuların birinə,

Yorulmazdı, 

usanmazdı yaza xəyal yerinə...

O vaxt bir başqadı eyyy

tamam başqa sevdaydı,

yar yarın ürəyində,

xəyalı  yanındaydı.

Hər fəsili sevərdi o çağanlar;

Nə qış nə yaz bilməzdi.

Yazdan payıza köç edib,

yarpağını tökməzdi...

Ayrı çiçək açardı,

ətri bir başqaydı eyyy

tamam başqa ləçəkdi

ayrı-ayrı gözəldi,

ayrı-ayrı qoxardı,

ayrı-ayrı sevərdi...

 

 

                                                                                                                                (28.06.2016)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0265 saniye