BİR BAXIM GEDİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:44 13 oktyabr 2018 tarixində əlavə olunmuşdur

BİR BAXIM GEDİM

***

Məni yora bilməz,hicran,həsrətin,

Eşqimin yolunda dəyandım mətin,

Sevginin   yolcusu olmuşam sənin,

Bir damcı məhəbbət ver çıxım gedim.

 

Bu hal nə bilmirəm düşmüşəm əfsus,

Görəndə din danış demirəm ki sus.

Gözünə olmuşam ömürlük məhbus,

Beş dəyqa dur dəyan,bir baxım gedim.

 

Yolunda canımı verərəm istə,

Yanağı al laləm, dodağı püstə,

Olginən göylərdə ulduz bir dəstə,

Məndə şimşək olum,qoy çaxım gedim..

 

Gəl gedək buradan lap uzaqlara,

Sahilə üz tutaq,bax dalğalara,

Sonda bircə kərə bal dodaqlara,

Astaca toxunum,əl sıxım gedim...

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)

13.10.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye