Bir bəhanə tapıb getməli bu şəhərdən....
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 19:53 10 may 2017 tarixində əlavə olunmuşdur

Bir bəhanə tapıb getməli bu şəhərdən,

Sadəcə əl sallayacağın bir neçə dosta,

ya da tanışa deməli -

Xoşcaqal!

Sevdiklərinə atılmalı havada uçuşan vida öpücükləri,

Və hava limanında unudulmalı bütün,

Yaşayan və yaşanmamış istəklər…

Bəyaz arzuların qönçəsində açılmalı

Yeni həyatın ilk səhifəsi!  

 

Aysel Abdullazadə...    

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0328 saniye