Bir bilsən, nə qədər gözəlsən, Gülüm....
Etdiyin xəyallar indi bir xəyal!!!!
Donuna sığmayan qönçəsən, Gülüm....
Sen elə gerçəksən, itib hər xəyal....
Dümağ gəlinliyin nur saça baxta,
Qırmızı kəmərin zər qata taxta,
Şəms ilə Qəmərə bəzəkdi fata,
İlahi, yuxumu, yoxsa bir xəyal????
Şükür Yaradana, yetdin murada,
Allahım, bu tifaq görməsin qada,
Ustac da bağlıdı bir quru ada,
Dediyi fal çıxar, görməz hər xəyal....
14.07.2015 / Bakı