Bir daha görüşsək...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:11 03 iyul 2015 tarixində əlavə olunmuşdur

Surətin qalmışdır,özün getmisən,
Əbədi olmusan qəlbimdə mənim.
Bir daha görüşsək,özün demisən,
Adımı çəkmə sən əsla,sevgilim,

Dayanaq üz-üzə,səssiz-səmirsiz,
Ürəklər danışsın,baxışlar sussun.
Bir daha ,sevgilim,görüşsək biz,
O gözlər əbədi sevinclə dolsun.

Nəyimə lazımdır o xam xəyallar,
Bir günüm keçmir heç qəmsiz,kədərsiz.
Özün de,sevgilim,əğyar nə anlar,
Bir daha,bir daha görüşsək biz.

30.04.1978 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.1922 saniye