Bir daha tarif əmi qiymətləri salmayacaq,
Xalq tərəfdən seçilib xalqı vecə almayacaq.
****
Benzin od qiymətinə,bir daha artdı dəyəri,
"Od tutub qırmızı atəşlə"yenə yanmayacaq?
****
Saldılar rabitəni,qiyməti tam oldu ucuz,
Kim kimə nə deyəcək,kim də kimi qanmayacaq?
***
Daşı daş üstə qoyub müstəqil olduq deyirik,
Kİm bilir,böylə gedişlə neçələr sınmayacaq?
***
Yediyimizdir hədik,içdiyimiz nə olacaq,
Baba Pünhan demiş:"Damarda qan donmayacaq".
***
Mövludun qəlbi dolu,söyləməyə sözləri çox,
Quyuya tökmək ilə çünki quyu dolmayacaq.
3.12.2013.Zərdabi.(Mövlud Ağamməd)