Bir Damla Azadlıq
Qüdrət Dadaşov tərəfindən "Hekayə" bolməsinə 19:28 24 iyul 2016 tarixində əlavə olunmuşdur

Artıq vaxtı çatdı.Müzakirələr başlandı.Azadlıq!Ölüm!Yaşamaq!Həya! Dönmək!Ruh!Zaman!Düşünmek!Nefes! Qəlbində fırtınalar qopurdu Anarın.Bilmirdi nə etsin.Elə hey düşünürdü.Üç gün əvvəl yuxuda gördükləri onu heyrətə gətirmişdi.Dərin düşüncələr onu boğurdu.Sanki ömüşdü.Sadəcə ruhu insanlar arasında gəzişir,onları dinləyirdi və s. Dostları artıq onu tanıya bilmirdilər.Atasının dedikləri ilə yuxuda gördükləri onu dərindən heyrətə gətirmişdi. Atası gərək bütün bu işlərdən əl çəkməyi bir iş tapmağı,her şeyə yenidən başlamağı məsləhət görürdü. Anar şübhələr içində idi. Doğurdanmı atası onun indiki həyatından razı deyildi? Atası ilk dəfə ona onun həyatından narazı olduğunu bildirmişdi. Bu  hal ilk dəfə baş verierdi.Anar 4 kurs tələbəsi idi. Sosiologiya təhsili alırdı. "Sevdiyi ixtisas" dırnaq arası sevdiyi ixtisas təhsilli bir insana çevrilirdi...Anarın uşaq vaxtı dərsləri o qədərdə yaxşi deyildi..Demək olarki her gün müəllim onu danlayırdı. Universitetə daxil olması da heç gözləmədiyi bir vaxtda baş vermişdi. Məktəbdə dərin duyğular bəslədiyi sinif yoldaşı Nərgiz...

Dərs Tarix..: Zeynəb müəllimə bir bir uşaqlardan nə olmaq istədiklərini soruşurdu. Anar təbii ki yenədə nə olmaq istədiyini bilmirdi. Ta ki parta yoldaşı universitetə daxil olub jurnalist olmaq istədiyini bildirənə qədər.Amma işlər düz getirməmişdi. Anar lazım olan balı yığa bilmədi və sosiologiyaya daxil oldu.oxumaq istəmirdi ancaq ailəsinin xahişi ilə o razı olmuşdu.Nədənsə insanlar müəyyən vaxta qədər nə olmaq istədiklərini bilmirlər.nədən zövq alırlar? bunu bilmək nə dərəcədə çətindi? axı insan bunu niyə bilməsin.insanlar ta uşaq yaşından artıq nə olmaq istədiklərini bilirlər amma oki qaldı 11 ci sinif şagirdi olasan və müəllim dərsdə səndən nə olmaq istədiyini soruşa amma sən nə olmaq istədiyini bilməyəsən.əlbətdə ki o dərsdə sən klon olacaqsan.Hamı sənə güləcək.Amma Anar anlayırdı ki bu onu digərlərindən fərqləndirən əsas xüsusiyyəti idi.çünki o pula görə işləmiyəcəkdi.Insanlar sırf pul üzərində qururlar işlərin.Pul.Pul.Pul

Gələk əsas məsələyə

Məsələ Anarın gördüyü qeyri adi yuxudan gedirdi.gecə saaat 4 ə qədər işləmişdi.qəzetlər,məqalələr,cıxışlar...Və nəhayət işlərini qurtarıb yuxuya getdi.Yuxuda qeyri adi heyvan həyatı boyunca görmədiyi bir heyvan bəlkədə dünyada mövcud olmayan bir heyvan onunla danışırdı..çox qəribədirki anar o heyvanın dilini başa düşürdü.Heyvan artıq vaxtının çatdığını öləcəyini deyirdi. Anar bundan biraz qorxmuşdu.Partiya üzvləri onu sakitləşdirməyə calışırdılarki gördüyü sadəcə bir yuxudur.Anar 3 kursda olanda bir partiyaya qoşulmuşdu və qısa vaxt ərzində demək olarki hamının hörmətini qazanmışdı.Partiyanın ona ehtiyacı vardı.partiyanın müzakirəsində hər şey həll edilmişdi.mitinqə az qaldı.işlərin qızğın getdiyi bir vaxtda neçə vaxt idi ki üstündə baş sındırdıqları planın müzakirəsində anarı ürəyi məktəb vaxtındaki kimi döyünməyə başladı.Anarın sinif yoldaşı da partiyaya qoşulmaga gəlmişdi.Anarın Nərgizi görməsi ilə birlikdə ürəyi bərk döyünməyə başladı.Ta məktəb vaxtlarından o nərgizə qarşı duyğular bəsləyirdi amma o bu hissi heç vaxt biruzə verməmişdi.Sözə ilk əvvəl nərgiz başladı _ salam anar deyib əlini uzatdı.anar həyəcanlı səsi ilə salam deyib yavaşca onun əlini sıxdı.bir müddət onlar söhbət etdilər.Keçmiş mektəb vaxtlarından danışmaq anarı rahatlaşdırmışdı. Sanki bir saat ona bir dəqiqə kimi gəldi. Nərgiz sağollaşmğın vaxtı çatdığını əli ilə bildirdi.aanar bu hərəkəti nəzakət qarşıladı ə  onu ötürmək istədiyini bildirdi.Nərgizin evi Binəqədidə yerləşirdi. Balaca həyət evi tamamilə güllə örtülmüşdü. Güllərin ətri ta uzaqdan hiss olunurdu. Nərgizi ötürdükdən sonra Anar evə gəlib həmişəki kimi tünd kofesini hazırlamağa başladı. Kofe normal insan üçün həddindən artıq tünd idi amma bu Anara təsir etmirdi. Nədənsə o lap balaca vaxtlardan kofeni belə içməyə vərdiş etmişdi. Kofeni içə içə əlinin altındakı vərəqləri çevirməyə başladı. Mitinqdəki çıxıçlar, həll edilməli məsələlər hamısı vərəqdə yazılmışdı. Anar Partiyanin sadəcə kiçik bir üzvü idi amma buna baxmayaraq savadlı və sözünün kəsərliyine görə ona yüksək qiymet qoyulurdu. Mitinqlərdə rabitəli,səlis danışığı istənilən məsələni həll etməyə qadir idi. Bir müddət sonra o Nərgizi düşünməyə başladı ve nədənsə birdən onun ağlına təzə müdirləri gəldi .Bu 48-50 yaşlarındakı qaraşın bir kişi idi. Əslən Azərbaycanlı deyildi. Alman olmasına baxmayaraq Azərbaycanca təmiz danışırdı. Müdir Ali təhsilini yüksək səviyyədə almışdi. Amma nədənsə o işlərin tərs gedəcəyindən qorxurdu. Gördüyü yuxudan bir ay keçmişdi. Müzakirələr  artıq həll edilmişdi..

                    Nərgiz və Müdir

Müdir Nərgizi saat 9 da öz otağına dəvət etmişdi. Müdir  şəxsi bir məsələdən ötrü danışmağa gərək duyduğunu katibə vasitəsilə Nərgizə bildirmişdi. Nərgiz tam saat 9 da qapıda öz növbəsini gözləməkdəydi.

-TAK TAK.

-Gəl

Nərgiz daxil oldu. Əynində düm ağ kətandan qısa paltar, hündür kablok geyinmişdi. Müdir ona gözləri parlayaraq baxırdı. Anar bu yuxununda nə mənaya gəldiyini anlamadı. Axı niyə o demək olarki hər gün yuxular görürdü. Nə baş verirdi.?

   Qərara alınmışdı müzakirə ayın 1 i saat birdə Azadlıq meydanında təşkil edilmişdi. Anar həddən artıq mitinqə yaxşı hazırlaşmışdı. Saat birin yarısı olanda artıq hər kəs mitinq mərkəzində idi. Polis maşınları, Yol patrol polisləri, komandirlər hər kəs Ora yığılmışdı. Mitinqin məqsədi sözsüz ki  Azad cəmiyyət yaratmaq idi. Anar cıxışa başladığı 5 dəqiqə deyildiki polislər onu həmin dəyqə qollarını qandallayıb maşına basdılar. Gözlərini açanda nə olduğunu hələdə anlaya bilmirdi. Birdən bir mikrafonda səs eşitdi. Səs Tanış idi. O, bu sesi tanımaya bilməzdi. Səs Nərgizin səsi idi.

Kabinete bir nece nefer daxil oldu.Anar o qeder yerinden qalxmaga terpenmek istemiwdise de yerinden terpene bilmirdi.Deyesen ona beden keyidici iyne vurmuwdulad.Bawqa sebeb gormurdu.Ve taniw uzlermNergiz,Yeni mudir Azerbaycanca desek Faiq ve adindan soz etmediyimiz En yaxin dostu butun derdlerini boluwduyu Fuad.Anar anlaya bilmirdi.Sebeb ne?Axi ona niye keyidici iyne vurmuwdular.?Dayan etrafda bizden bawqada insanlar var?.Bunlar kimdi?Bura Haradi?Siz neynirsiz?Ne?By nedir?.Ah bawim.ayaqlarim.Bedenim dozmur agriya ne olur?.Nergiz deye qiwqirdi.Artiq 1 ay kecmiwdi.Anar yuxudan oyandi.Ve duz 1ay bundan qabag onun berk xesteliy.e tutuldugu indiue qeeder komada oldugu,eslinde hec iwlemediyi,bunlarin sadece yuxudan ibaret oldugu,Eslinde ise .Ayaq ve ellerinin yaridan kesildiyi.Niye by yuxunu gorduyunu,Niye yuxunun icinde onu olum gozlediyini.O anlamadi.Sadece bir vaxta qeder......

                             Davamı

Fərid sanki nədənsə narahat idi. O artıq neçe vaxt idiki Nərgizi görmürdü. Ürəyində onu görməyi arzuladiığı bir məqamda o Nərgizlə rastlaşdı. Nərgiz hemişəkindən qeyri səmimi görünürdü.Nərgizdən əhvalının yaxşı olub olmadığını soruşduqda isə Nərgiz ona əsəbi cavab vermişdi. İlk dəfə idiki Nərgiz onun üstünə qışqırırdı. Bacısının niyə belə etdiyini anlaya bilmirdi. Bəlkə o xəstədir? Bəlkə onun dərdi var.? Axı onun problemi nədədir? Deyə Fərid fikirləşdi..

Bir müddət sonra Anarın gözünə yenidən insanlar görünməyə başlamışdı. Artıq o anlayırdı. Niyə insanların onun başının ətrafında döndüyü,niyə ağlaşmalar,niyə ağrılar olduğun anlamiwdi. Və müxtəsər o bildiki artıq dünya deylən yerdə o yoxdu, o unudulub, o artiq yaddaşlardan silinib. Dostları bilmirdilərki, onlar Anarın başı üstündə ağlayarkən o sağ idi o ölməmişdi . Amma həkim mesuliyyətsizliyi. Birdən qapı açıldı. Nurani kişi. Daha əvvəl heç görmədiyi insan. Nurlar içində onu çağırırdı. Və Son!!! Anar getdi əbədiyyət üfüqündə!!!

                    

Azadlıq ifrat dərəcəyə çatdıqda özbaşınalığa çevrilir::::   QANDİ

             -------------------------

BəLKəDə belə olmalı idi. Lazım deyil. Heç bir şey. Yatanı yuxudan niyə oyadasan ki? Onlara elə yuxu lazımdır. Onlar yuxulamalıdırlar. Heç bir şey sonsuz deyil(Allahdan bawqa) bir gün bu yuxuda qutaracaq.Olar yuxudan ayılacaq və deyəcəklər. Olar ele deyəcəklər!!!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
Müəllif

Qüdrət Dadaşov
Haqqında
....
Əlaqə
E-mail:
qudretd@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0346 saniye