BİR DƏ QAYITMA
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 19:40 18 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Bu yol ayrıcında de çoxmu duraq,
Alovun, istisin itirmiş çıraq.
Get, "Minbir gecə"dən oxunmuş varaq,
Get, sənə yaxşı yol, bir də qayıtma.

Gəldin gözlənilməz bir ahəng kimi,
Gəldin zər qanadlı kəpənək kimi,.
Oldun sən əzilmiş bir çələng kimi
Get, sənə yaxşı yol, bir də qayıtma.

Sən öz muradına çatıb gedirsən,
Gedirsən, günaha batıb gedirsən,
İndi ki sən məni atıb gedirsən,
Get, sənə yaxşı yol, bir də qayıtma.

Anladım sən qədir bilən deyilsən,
Mənim dərdlərimi bölən deyilsən,
Məzarım üstünə gələn deyilsən,
Get, sənə yaxşı yol, bir də qayıtma.

Sən bu gəlişinlə de nə qazandın?
Bəs gedişinlə nə qazanacaqsan?
Üç illik ömürü bir gündə qandın,
Nə qədər aldadıb-aldanacaqsan?
Get, sənə yaxşı yol, bir də qayıtma.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0321 saniye