Adam...sevdiyi qadının gedişini izlərkən, sanki yenidən neçə mil uzaqda olan xəyallarına geri döndü. Onun gedişinə mane olmadı. Bəlkədə özü mane olmaq istəmədi. Gedərkən, onun dalğalanan qızılı saçlarına uzun-uzunasına baxdı. Adam qadının gedişinə səssiz qalmış, coşqun sularda sakitliyə fərman vermişdi sanki. Tədirginlik onu büs-bütün sarmışdı...ən pisi qadının onu tərk edişi deyil idi. Adamın sevgisini, hər özəl, inci dənəsi qədər zərif deyilmiş kəlmələrini, onlu-onsuz düşüncələri aparmışdı qadın. Qadının tək mirası...yaşadığı ən xoş anlarının düşüncəsini acı hala salıb bir əbədi miras qoymuşdu adama.