Bir gəlin sevdim!
Tural Sahab tərəfindən "Digər yazılar" bolməsinə 23:38 19 aprel 2014 tarixində əlavə olunmuşdur

                                

Bir gəlin sevdim, yəni ailəsi, həyatı alt- üst olan bir qadın. Bir yuxu gördük sonra o, həqiqəti gördü. Dedi: “ qadası, biz xöşbəxt ola bilmərik, qoymazlar yaşamağa, şərəfsizliyi, qadın ağlatmağı kişilik bilən kişiciklər və onların qulu olmuş qadıncıqlar”

 Mən, onlarca qadın tanıdım ailəsi dağılan, xəyalları tarimar olan.

 Kimisi, kiminsə sözünə görə

Kimisi də övlada həsrət qaldığına görə

Və hamsı da inanıb, güvəndiklərinin kişi olmadığına görə.

Göz yaşları qayaları yumşalda bilməz, daş qəlbliləri də həmçinin.

Qadın sevginin və şefqətin rəmzidir.

Qadın sevilmək üçün yaradılmışdır, əzilmək, həyatı məhv edilmək üçün yox.

İndi bir gəlin sevdim desəm, indi məhv olmuş bir qadının göz yaşlarını silmək istədim yazsam, nələr- nələr deyərlər haqqımda.

Ancaq, arvadını boşayanlar, nə bilim hansı alçaqlıqlarısa edənlər cəmiyyət tərəfindən heç bir qınağa tuş gəlmir.

İnsanlar niyə bu qədər daş ürəkli oldular görəsən. Bu cəmiyyət, bu insanlar öz övladlarına niyə bu qədər biganə yanaşırlar.

Sabah nə bilirik, bizim də qızımızın, bacımızın başına bu iş gəlməyəcək. Gözümüzün önündə sevdiklərimizin acı çəkməsini görsək necə olarıq?

 O, qadınlar da kiminsə sevdiyi, bacısı, qızı deyilmi?

Bir gəlin sevdim, həyatı məhv olmuş bir qadın. Gözləri sevgi dolu, ümidləri qaranlıqlara qərq olmuşdu. Baxa bilmədən gözlərinə keçdim yanından, gözlərinə baxacaq cəsarətim olmadı.

Məhv etmişdi özünə kişi deyən biri həyatını.

Məhv etmişdi bu cəmiyyət, bu insanlar onu.

 Bir gəlin sevmişdim, ailəsi dağılan bir qadına “gəlin” adını verib onu aşağlayanlara lənət yağdıraraq.

Sevgi bu dünyada qanadından vurulmuşdu.

Sevgi ürəyindən xəncərlənmişdi.

 

 


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0244 saniye