Bir gözəl güllü gülüstanə güzar olmuş idi,
Yanıban eşq oduna könlü bezar olmuş idi.
***
Göz yaşı qərq eləmiş gül üzünü leysanə,
Sanasan ki,əbri-neysan,can azar olmuş idi.
***
Açılıb qönçə kimi,şəkkər dadır şirin ləbi,
Sanki lalə yanağı bir gülüzar olmuş idi.
***
Gözləri şölə saçır,şəmsi-qəmər kimi yanır,
Qəlbi hicranla dolu,çün ahu-zar olmuş idi.
***
Bu gözəllik ki,verib xuda sənə,ey afitab,
Mövludun qismətinə,səni,yazar olmuş idi.
26.04 .2014.Zərdabi.Mövlud Ağamməd