Bir gülüzlü mahi təban
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:22 02 aprel 2016 tarixində əlavə olunmuşdur

Bir gülüzlü,mahi-taban
Gülüstanə güzar olub.
Eşq atəşi düşüb cana,
Günü ahu və zar olub.
***
Qəlbi yanmış hicran ilə,
Sinəsinə dağ çəkilə.
Bəlkə,küsüb aşiq ilə,
Nədən könlü qübar olub?
***
Selə dönüb gözün yaşı,
Yox amanı,çıxıb huşu.
Səba olub qəm yoldaşı,
Çünki səbrü-qərar olub.
***
Yanaq lalə,üz qönçədi,
Açılıbdı tazə-tərdi
Qar altında bənövşədi,
Tez açıb,tez solar olub.
***
Dedim.sevim,biçarədi,
Mövlud adım işarədi.
Gözlərindən güldü,dedi
Ki,özgəyə dildar olub.

13.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.028 saniye