bir gün günəş mənsiz doğacaq,
olacaq rəngi sapsarı.
çalacaq saat zəngi oyanan olmayacaq,
dönəcəkdir daşa dəmir çarpayı.
bir gün dəniz mənsiz vuracaq,
dalğaların qayaya.
yem edecək balıqları,
sinəsindəki qağayılara.
bir gün bulud mənsiz yağacaq,
ağlayacaqdır təbiət.
torpaq məni udsada,
öz içində saxlayacaqdır təbiət.
quşlar da mənsiz köçəcək,
uzaq isti diyarlara.
sən də mənsiz köçəcən,
bu dünyadan o dünyaya.
bir gün sən mənsiz,
mən də sənsiz qalacam.
bax o zaman ruhsuz bədənsiz olacam.