Bir gün
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 19:51 15 dekabr 2014 tarixində əlavə olunmuşdur

Sirli Bakının axşam görüntüləri yayımlanmaqda idi. Şəhər gəzintisinə çıxan insanların simalarından xoşbəxtlik yağmaqda idi rəsmən. Budur, gənc sevgili cütlük əl-ələ tutaraq gəzməklərindədir. Arabir dayanıb bir-birlərinin qulağına pıçıldayırlar, sonra gözlərin, baxışların toqquşması baş verir. Gənc valideynlər 2-3 yaşlı qızlarının toppuş əllərindən tutaraq ona yeriməyin etikasını öyrədirlər. Tələbə qız və oğlanlar kafelərdə cəmləşərək isti içki sifariş edərək söhbətlərindən geri qalmırlar. Skamyada əyləşərək başını 35 illik həyat yoldaşının çiyninə qoymuş qadın və qadının əəlinə asta sığal çəkərək dodaqlarına aparan kişi profilinə əlavə bəzək-düzək lazım deyil. Ah, füsunkar mənzərə!!!

Qapının zəngi dayanmaq bilmədən çalınırdı. Salonda geniş və rahat divanda əyləşərək dırnaqlarını boyayan gənc qadının laqeydliyi üzündən oxunurdu. Səliqə ilə boyanı dırnaqlarına vuraraq üfürən evin sahibəsi olduqca göz qamaşdırıcı gözəlliyə malik idi. Zəngin çalınması anidən kəsildi. Bu dəfə ssenariya qapının kobudcasına vurulması və uca səslə “Lənətə gələsən! Zəhra, aç bu zəhrimarı!” deyib çığırması əlavə olundu.

Zəhra qalxıb dəhlizə yönəldi. Kandarda ayaq saxladı. Elə bu zaman telefonun zəngi çalındı. Bir qapıya, bir də ev telefonuna nəzər saldı. Dodaqlarında kinayəli gülümsəmə əmələ gəldi. Qayıdıb divanda yerini rahatlayaraq qarşısındakı jurnal masasından qadın jurnalı götürüb vərəqləməyə başladı.

Aramsız qapı döyülməsi və telefon zəngindən əsər-əlamət qalmamışdı artıq. Jurnalı masaya buraxıb qalxdı. Açıq eyvana çıxıb izləyici roluna büründü. Az sonra isti evinə qayıdış edərək mətbəxə yol aldı. Almanı səliqə ilə doğrayıb boşqaba düzdü.

Televiziya verilişlərini dəyişdirə-dəyişdirə alma dilimlərini nuşi-can edirdi. İzlənilməli heç nə tapmadığından ekranı qaraldıb ev telefonunu əlinə aldı. Anasını yığdı.

-Alo?!-həyəcanlı səs tonu ilə anası cavabladı.

-Yenə o xəbərçilik edib, eləmi?

-Qızım, bax, siz ər-arvadsınız. Ailədə hər cür anlaşılmazlıq ola bilər.

-Ana, mənə ağıl öyrətmə. Zəhmət çəkib mənə xəyanət etməyəydi ilk gündən. Cəzasını çəksin indi.

-Ver bura görüm, arvad. Sənə min dəfə demişəm ki, qızın beynini qarışdırma.-atasının səsini eşitdi-Qızım, eşidirsən məni?

-Buyur, ata.

-Bax, qızım, mən sənin arxandayam. Boşanmaq istəyirsənsə…

-Yox, ata, hələ yox. Mən ona elə dərs verəcəm ki, qiyamətə qədər unuda bilməsin.-qətiliklə bildirib zəngi sonlandırdı.-Görərsən sən, Şahin bəy. Mənə də Zəhra deyərlər.

Az sonra hərəkətli titrəmədə olan mobil telefon az qala jurnal masasından sürüşəcəkdi. Ekranda Kəmalənin adının yanıb sönürdü.

-Buyur, canım, eşidirəm,-deyə açıb cavabladı.

-Zəhra, o əclaf nə edib yenə?

-Nə olub ki?

-Daha nə olmayıb ki? Az öncə qapımızı qırırdı, Seymurun qolundan tutub evdən çıxartdı.

-Əladır ki bu!

-Zəhra, sənin ərin alçağın biridir deyə bütün kişiləri onun kimi bilmə.

-O alçaqdan da betərdir.

-Sən necə qadınsan axı? Niyə canını ondan qurtarmırsan?

-Əcəba əlinə balça alıb məni qətlə yetirərək tarixə keçəcəkmi?! Yox, əzizim, o qorxaq qandan qorxur, kriminal xəbərlərdən ürəyi bulanır. Amma bunu sirr kimi saxlayır. Nə də olsa kişidir axı. Üstəlik, tanınmış şou-biznes nümayəndəsidir-filan.

-Sənə heyranam, sözün əsl mənasında! Axı məqsədin nədir?

-Özü-özünü biabır edəcək bir gün, görərsən. Bütün zibilləri ortaya töküləcək. Bax onda gəlib ayaqlarıma qapanacaq, əvf diləyəcək, vədlər verəcək, mən isə zərbəmi vurub gedəcəm. İndi isə gözləyirəm sadəcə.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0392 saniye