Gülə həsrət çəkən, bülbül, növbaharın gələr bir gün.
Sevincin, şadlığın başlar, ah-fəğanın bitər bir gün.
Fəqət canan eşqi ilə vur ömrünü başa, ey del,
Bu sevdadan qeyri nə var, gələr bir gün, gedər bir gün.
"Səbirdir cümlə dərdlərin əlacı" - bu da hikmət, çün
Səbir ilə sevən aşiq vüsalına yetər bir gün.
Cinan, eşqin badəsini əlindən qoyma heç zaman
Eşqi dərk eyləyən insan şərbətin də içər bir gün.