Bir Günəş batışı
Bağırlı Mətanət tərəfindən "Şeir" bolməsinə 21:02 14 may 2012 tarixində əlavə olunmuşdur

Yenə gün batışını izləyən gözlər 

Bəlkə də həsrətlə kimisə gözlər 

Günəşin səmada qoyduğu izlər 

Düşdükcə sulara yandı dənizlər 

                          ***

Yenə həsrət dolu sevən ürəyə

Yenə bir tənhalıq bürüdü onu.

Söylədi dərdini əsən küləyə

Hər günəş batışı bir günün sonu.

                         ***

Hər günü beləcə itirir sevən.

Hər günü beləcə bitirir sevən.

Günəşlə,dənizlə bölən sevgisin

Hər gün bu sahilə gətirir sevən.

                         ***

Bu izlər,bu sözlər onun deyilmi?

Dənizdəki gözlər onun deyilmi?

Hər gün sahilinə gəldiyin sular 

Bu mavi dənizlər sonun deyilmi?

                        ***

Gün batır,gün də batır gözlərimin önündə 

Bu günəş gündə batır gözlərimin önündə

Sən də izləyirsən bəlkə bu anı.

Günü gecəyə satır gözlərimin önündə.

                       ***

Qaranlığı gətirir indi ulduzlu gecə 

Gecələri həsrətin dözülməz olur necə.

Belə keçir fəsillər,belə ötüşür illər 

Bəlkə də unudaram bir gün beləcə.

                   


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Bağırlı Mətanət
Haqqında
Teleaparıcı olmaq istəyirəm.Yazı yazmağı çox sevirəm.Ən çox da insanların problemlərini və onları maraqlandıran mövzu  haqqında ətraflı araşdırıb yazmağı daha çox sevirəm.
Əlaqə
E-mail:
sadiqbagirli@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0347 saniye