
Bir işıq doğdu yurda
O vətənə gələndə 
Səs verdi millətinə,
Söz verdi millətinə.
Yaratdı Azərbaycan.
Hüzür dolu bir məkan.
Öpdü ulu bayrağı,
Öpdü Quran kitabın.
Azərbaycan adını 
Azərbaycan adına 
Yaydı dünyalara
Millətlər sırasında,
Qəvmlər arasında, 
Bu adı əks etdirdi 
Qayalara daşlara,
Yüklədi yaddaşlara.
Elin qan yaddaşını
Unutmadı heç zaman,
Millətlərə göstərdi 
Azərbaycan hünərin,
Koroğlu cəasrətin,
Bir Nizami hikmətin
Düşmənlərə sözü ilə
Böyük zərbələr vurdu 
Elm verdi gəncliyə ,
Yetirdi kamilliyə.
İndi də yaşayır o,
Minlərcə ürəklərdə
O , ürəklər Səninlə 
Döyünür ulu öndər !
Neçə ürək səninlə 
Öyünür Ulu öndər !