Anlama məni, anlamağa da çalışma onsuz da anlamayacaqsan.Düşünmə məni, düşünməyə də çalışma nə yeyər, nə içər deyə.İşinə davam et, o daha önəmlidir.Mənimlə heç kəs maraqlanmaz, sən də onlardan biri ol maraqlanma mənimlə.
Durduğun yerdə qal, tərpənmə, oradan seyr et yetər ki, yaxınlaşma, toxunma mənə.İşinə davam et.Ölənə qədər yaxın gəlmə, kömək etməyə çalışma, qoy ölüm sonra amma yox, yox cansız bədənimə də yaxın gəlmə, toxunma nəşimə qoy quzğunlar, vəhşi qartallar,aslanlar,çaqqallar parçalasın məni. Sən yenə uzaq dur, görünmə gözlərinə yoxsa hər şey məhv olar.
Uzaqdan çək, rəsmimi.Belə necəyəm hə??? ,Yaxşı görünürəmmi??? ,Yalnızca dəri ilə örtülmüş ətsiz bədənimdə qabırğalarımın sayı aydın görünürmü???.
Dayan, gözlə, çəkmə hələ.Bir quzğunun pəncəsindəykən çək elə daha təsirlidir ya da qoca bir aslanın sapsarı dişlərinin arasındaykən çək.Bir bunların hamısı ətrafıma toplaşınca çək, bir də mədələrini doldurub geri çəkilərkən çək.Sonra hər iki rəsmi qarşılaşdır, fərq varmı, görürsənmi???
Bunlardan hansı daha təsirlidisə, paylaş insanlarla qoy baxıb acısınlar,üzülsünlər,ağlasınlar mənim üçün səni isə təbrik etsinlər bu kadrı yaxaladığın üçün.Qəbul et təbrikləri sonra da vicdanınla üzləş.
Beynində məhkəmə qurub vicdanını hakim təyin et və ölüm hökmü oxusun sənə. Başqalarına icazə vermə və aylar sonra öldür özünü, bununla vicdanını rahatlatmış ol və daha sonra ikimiz də eyni düşüncəni paylaşaq: "Bir sənət iki qurban" ya da "Bir kadr iki can"