Qüssəmi bir anda yuyan seldi xəyalın,
Gah üşüdən həsrət ilə yeldi xəyalın
Min kərə min cildə girib gəldi xəyalın,
Bir kərə cismin də məni yad eləməzmi?!
Getdin, o andan bu vücudda daha sər yox,
Təb də olub dərdə düçar, sözdə kəsər yox
Səndə o vicdan deyilən şeydən əsər yox?!
Xəstəsinə heç təbib imdad eləməzmi?!
Bir kərə cismin də məni yad eləməzmi?!
İsmini duycaq kədərə atlanıram mən,
Hər cürə sənsizliyinə qatlanıram mən
Gərçi hələ susduğuma mat qalıram mən
Həsrətinə dil dəxi fəryad eləməzmi?!
Bir kərə cismin də məni yad eləməzmi?!
Əl-ədl isə ərz eylədiyi biçimdə madəm,
Duysun sənə bu həsrətimi qibleyi-aləm,
Bunca sevilməkdə ikən bir bəni-adəm,
Qəm bürümüş aşiqini şad eləməzmi?!
Bir kərə cismin də məni yad eləməzmi?!
Mövzu-bəhis sənsən əgər, yox etirazım,
Xoş mənə məhz sadəliyindənsə bu nazın
Görsə əgər lütfünü bircə kərə Lazım,
Arda qalan ömrünü məad eləməzmi?!
Bir kərə cismin də məni yad eləməzmi?!