bir kişinin ağlaması
Əli İmranoğlu tərəfindən "Hekayə" bolməsinə 17:57 25 mart 2015 tarixində əlavə olunmuşdur

Aglamaq istəmirdi adam. Yaraşmazdı çünki ona, o kişi idi, necə aglaya bilərdi, axı "kişi ağlamaz", ətrafında insanlar da vardı, bu onun üçün biabırçılıq olacaqdı. Tərk edib getdi qadın onu kafedə yalnız başına, barmaqlarını masaya toxunduraraq baxırdı sağa-sola,bir yandan əsəbləşmişdi də, Gözləri dolacaqdı, o da bundan qorxaraq sıxdı dişlərini, burnunun ucu göynəyirdi, boğazında nifrət edilən bir ağrı yaranmışdı, nəfəsi düyünləndi sanki, gözlərini yuma bilməzdi, ağlamayacaqdı, başını yuxarı qaldırdı, geri qaytarmaq istədi göz yaşlarını, bacardı da, ürəyinə tökülürdü sanki göz yaşları damla-damla. Ayağa qalxıb getmək istədi bacarmadı yenidən oturdu stula adam, yeriməyə taqət qalmamışdı dizlərində, amma sevdiyi çağırsa, bəlkə də qaçaraq gedərdi...olmadı


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Əli İmranoğlu
Haqqında
mən əsərəm,heçkimin bilmədiyi bir dildə yazmış Tanrı məni.heçkim anlamır, amma hərkəs əsərə heyran düşüncəmə uyğun nələrsə yazıram. yazdığlarımı bəyənsıniz, nə xoş mənə..
Əlaqə
Tel.:
+994515891313
E-mail:
ali_aliyev14@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0754 saniye