Bir mənzərə içində portiret yaradaydım
Keşkə rəssam olaydım,cəkəydim gözlərini,
Gizlədərdim üzündə kədər,qüssə qəmini,
Tutardım astacana,sıxardım əllərini,
Mən yanında olardım,gözlərinə baxaydım...
Bir mənzərə içində portiret yaradaydım ...
Sən bir dəniz olardın,Mən Sahilin limanda,
Dolanardım başına pərvanətək hər halda,
Yoxluğunu silərdim,varlığını varaqda ,
Yada dəftər kitaba əbədilik yazaydım.
Bir mənzərə içində portiret yaradaydım ...
Günəşi vəsf edəydim,ayı nurlu cəkərdim,
Baxışımla sevgimi sənə subut edərdim ,
Həsrəti yox eyləyib,vüsalınla gedərdim ,
Qayıqla uzaqlara arzu kama cataydım,
Bir mənzərə içində portiret yaradaydım ...
Müəllif: SEYMUR SÖNMƏZ