Bir nəfərlik gecə
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 22:29 28 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gözlərindən süzülür, danışdığın cümlələr
Bədənim üşüyür, yenə bir nəfərlik gecələr.
Deyəsən sevməkdən yoruldun
Əynivi geyin gəl, qollarımdan as özüvü.
Hardasa bir yol var deyirlər, bilmirəm tanrı yanında
Yoxsa, xəstəxanada gəzən ağ paltarlıların otağında.
Nəsə deyirlər, amma mən eşitmirəm lal olmuşam
Çağırırlar görmürəm, elə bilirlər ki, yalanam.
Sevgilim, aç bir kitab oxu mənə
Dodaqlarından başa düşəcəm, nə olar aldatma məni
Sadə görünməyimə baxma
Bu əllərimlə, bir neçə qadının hisslərini oğurlamışam.
Tez öyrəndin xəyanəti, axı mən sənə hələ sevməyi öyrətməmişdim
Səndə yalançı müəllimlərdənsən
Görürsən başa düşmürəm, kitabları əzbərliyib danışırsan.
Eh, bu gecədə yorğansızam
Bir qadın yenə yalanlarını yığıb getdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0262 saniye