Bir oğrunun cəhənnəm əzabı və anasına məktubu
Nihad Əliyev tərəfindən "Hekayə" bolməsinə 09:18 23 noyabr 2016 tarixində əlavə olunmuşdur

Oğru həyatda olan zaman anasına məktub yazmışdı.Bu məktubda oğru anasına:

-Canım anam.Bilirəm ki,səni mən həmişə dost-tanış arasında utandırmışam.Bilirəm ki,mənim sənə etdiyim çox pisliklər olub.Yalvarıram məni bağışla.Heç vaxt atama yaxşı oğul,sənə yaxşı övlad,bacıma yaxşı qardaş ola bilməmişəm.Həmişə ailəmə təyziq və şiddət uyğulamışam.Bir dəfədə olsun atamın qəlbini qıranda kiçik olsam belə üzr istəməmişəm.Qohumlarıma nifrət eləmişəm.Evdə olan əşyaları sındırıb dağıtmışam.Səni ağlar qoymuşam.Ailəmizə haram pul və haramlıq qatmışam.İnan ki, özümdən çox utanıram ana.Sənin üçün pis övladam.Sənin üçün ən pis varlığam həyatında.Amma onu bilki, bəlkədə mən bu dünyanın ən pis övladıyam amma sən bu dünyanın ən yaxşı qadınısan ana.Həyatda çox səhvlər etmişəm.Amma bir şeyi bilki,mən səni çox sevmişəm-deyə bir çox həqiqətlər yazmışdı.Heç kimin sevmədiyi,cəmiyyətdə.Ailədə hər yerdə tənqid qazanan oğru bir gün ölür.Qəbrdə ikən bir mələk onun etdiyi hər bir əməlin haqqını soruşur.Lakin mələk sualların cavabını orqanlardan alırdı.Mələk ilk olaraq gözlərə sual verir:

-Gözlər bu adam sağ ikən sizə nələri izlətdirdi?

-Biz hər zaman varlı evlərin içərisindəki əşyaları,haram puları görmüşük.Sahibimiz bizə pis şeylər izlətdirib-deyə gözlər cavab verdilər.Sonra isə mələk qulaqlara üz tututaraq deyir:

-Bəs siz qulaqlar sahibiniz sizə nələri eşitdirib?

-Biz hər zaman sahibimizin anasının ağlamasını necə əsəbləşdiyini,sahibimizin əşyaları sındırması səslərini eşitmişik.Daha sonra isə mələk əllərə :Siz əllər sahibiniz sizi necə istifadə edib?-deyə soruşdu.

-Sahibimiz bizi həmişə tanımadığımız evlərin pəncərəsini qırdırmaq üçün,haram pulları saymaq üçün istifadə edib.

Və son olaraq mələk ayaqlara həmin sualı verir və ayaqlar -Sahibimiz bizi tanımadığımız,pis məkanlara daxil edib.Artıq həmin oğrunun cəhənnəmə gedəcəyi bilinirdi.Oğlanın anasına olan məktubunun heç bir mahiyəti qalmamışdı.Çünki,artıq gec idi...


... dəfə oxunub
Qiymət: 10/10(24 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Nihad Əliyev
Haqqında
Yazar.in-də maraqlı məqalələr yazır. 04.03.05 tarixində Bakı şəhərində anadan olub. Əsasən kimya,fizika kimi texniki fənnlərə üstünlük verir.
Əlaqə
E-mail:
ysr.syy@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye