Bir ovuc kömür üçün bir ömür verənlərə....
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 15:31 20 may 2014 tarixində əlavə olunmuşdur

 Əkmək parası, həm onu qazanıb yaşamaq istəyərsən həm də onun üçün ölümü gözə alarsan. Nə yazıq ki, bu ikisinin xoşbəxtliyi bir arada yaşanmaz çox insan üçün. Seçim qarşısında qalarsan zaman-zaman övladımmı yoxsa ölümmü və ikincini seçərsən.Halbuki, zamanında nə qədər çox istəmişdin ata olmağı bunun üçün hər yola baş vurmuşdun və Allah bu sevinci yaşatmışdı sənə. Övladının böyüdüyünü görməyi çox istəmişdin amma onu böyütmək üçün, gələcək həyatını qurmaq üçün girdiyin o mədənlər səni övladlarınsız övladlarını sənsiz qoydu, qardaşım. İndi hər kəs yardıma qoşacaq, sizin yanınızdayıq maddi və mənəvi olaraq deyəcək, amma heç kimsə onlara sən baxdığın kimi baxmayacaq ki...

   Yeni bir gün, yeni bir ümidlə dikilər gözlər mədənin çıxış qapılarına qurtulacağını sanarlar oysa ki, sən son nəfəs sırasını övladına əmanət edib onu görmədən dəyişərsən dünyanı. Qara həyatın qara günündən də, qara çörəyindən də, illərini verdiyin qapqara kömür mədənlərindən tərtəmiz bir dünyaya "mərhaba" deyərsən.Qurtularsan canlıikən cəhənnəmi yaşamaqdan,rahatlayarsan. Geridə buraxdıqların isə soyuq məzarının başında durar ölümünü qəbul edincəyə qədər.Yorğun, bitkin, çarəsiz, boynubükük, gözüyaşlı... Danışarlar səninlə, bəlkə heç vaxt söyləyə bilmədiklərini də söyləyərlər sənə, sənsə sadəcə dinləyərsən...

  Bir gündə bir parça çörək üçün evindən çıxan 301 can, geri gəldi gəlməsinə amma getdikləri kimi ayaqları ilə deyil çiyinlərdə daşınan tabutlarda gəldi. 9 ailə 11 tabut... Ürəklər dağlandı, ocaqlar söndü. Əgər əvvəllər qışda kömür yandıraraq isinən ailələr var idisə, bundan sonra o kömür yansa nə fərq edər. Bir nəfəsin isitdiyi qədər belə isitməz artıq o bədənləri, yaralı qəlbləri.Artıq yaxınlarını itirənlərin də doğru-dürüst bir fəsli olmayacaq. Yaz- doğmalarını onlardan alan qəddar fəsil kimi, qış-qızınmaq üçün gərəkli olan kömürü xatırlatdığı üçün xoşlanmayan fəsil kimi payız da ki, bu iki fəsilin xüsusiyyətlərini özündə  birləşdirərən solğun simalar fəsli kimi xatırlanacaq...

  Artıq xəstə atalar, analar əvvəlki kimi mücadilə aparmayacaq yaşamla, bir an öncə övladlarına qovuşmaq üçün ölməyə çalışacaqlar çünki, halal zəhməti uğrunda şəhid olanlara yaxın olmaq istəyəcəklər. 

  Yaşamın çətinliyindən ötrü borclara girənlərin artıq heç bir borcu qalmayacaqmış. Axı nədir yaşamı bu qədər çətinləşdirən və borca düşməyə səbəb olan amillər??? Niyə nizamlanmır ki, insanların hüquqları??? Niyə bu qədər ağır şərtlər altında həyat sürməlidir adəm övladı??? Niyə bir ata körpəsinin istədiyi bir oyuncağı, bir meyvə şirəsini ala bilməməlidir və uşaqları parka aparmaq imkanına sahib olmamalıdır??? Daha nələri sadalayım ki, sadalasam da bitmir ki...

   Ayrıca bir hesab soruşmaq hissi keçir qəlbimdən. Qışqırarq, hayqıraraq "Nədəəənnnnn???" deyə, sual vermək istəyirəm. 301 insan az deyil ki, sanki qarışqa yuvası dağılmış kimi sahib öz sağlamlığının dərdini çəkir. Maraqlıdır ki, həmişə insanlar pul üçün faydası olmayacaq sonrakı peşimançılığa belə razıdırlar. Milyonların ürəyi param parça olmuş, göz yaşları sel olub axmış (bəlkə də milyonların axıtdığı göz yaşıdır Bosnianı aparan sel) ahları-nalələri dağları inlətmiş ona nə! "Pulum cibimdə qalsın insan canı cəhənnəmə!" devizləridir!!! 

  Göstər etirzlarını, ey qüvvətli qardaş ölkəm!!! Qoy, bibər qazları, su şırnaqları, tomalar, rezin güllələr susdurmağa çalışsın səni!!! Yetir ününü dünyaya kömür üçün verilən canların hesabı yerdə qalmasın!!! Soruş nədənini niyə yoxmuş alınması vacib və mütləq olan tədbirlər, özlərinin belə doğru düzgün ortaq nəticəyə gəlib söyləyə bilmədiyi yaşam odasının varlığı və yoxluğunu??! Hər zamanki kimi axtar haqqını, bərpa et ədalətini və qovuş ona!!!

  

Somada həyatını itirən hər bir qardaşımıza Allahdan rəhmət, yaxınlarına səbir, Türkiyə xalqına başsağlığı diləyirik!!!


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0205 saniye