BiR PeSSiMiST`iN HəYaTı
TuRaL tərəfindən "Hekayə" bolməsinə 21:15 03 fevral 2014 tarixində əlavə olunmuşdur

Başımı aşağı saldım, pessimist dediniz.

Dik tutdum, optimist dediniz.

Getmək istədim, qorxaq dediniz.

Getmədim, qaldım. Onda da boş inad

dediniz.

Dizlərimi yerə qoyub ağlayanda zəif

dediniz.

Göz yaşlarımı qurudub gülməyə başladım,

bivec dediniz.

Səssiz qaldım, bütün dediylərinizə susdum,

qoyun dediniz.

Danışdım, hər səhvinizi üzünüzə, vurdum

boşboğaz dediniz.

Mənə işiniz düşdü, qardaş dediniz.

Dedim, “bağışlayın, köməy eliyə

bilməyəcəm bu dəfə”, əclaf dediniz.

Özümçün bir şeylər elədim, eqoist dediniz.

Hamıyçün eləməyə başladım, yalançı

ürəyiaçıqlıq bildiniz.

Məmnun olmuyanda mənə naşükür

dediniz.

Şükür edib, təşəkkürlərimi bildirdim

həddinnən artıq inandığımı dediz.

Sizinçün qapını açmadım, mədəniyyətsiz

dediniz.

Açdım, yaltaq dediniz.

Mən hər dəfə havaya qalxanda, quş kimi

uçanda siz yerdən mənə baxdınız. Uçmaq

istədiniz mənim kimi. Amma qırdığınız

qanadlar sizi göyə qaldırmadı. Başladınız

mənə gülməyə ki, onsuz da bir gün

çaxılacaqsan.

Gözlərimdəki od sizi qorxudur. Ama bunu

bildirmirsiniz. Sizə elə gəlir ki,

bildirmisiniz. Güc qışqırıb bağırmaqla,

hədə-qorxu gəlməklə bəlli olmur.

Əllərinizdəki dolu vedrələr nə qədər

qorxduğunuzu göstərir. Ama cəsarətiniz

belə çatmır ki, qaldırasınız o vedrələri.

Onda niyə gətirmisiniz? Hə, bildim, axı

ehtiyat igidin yaraşığıdır. Qorxaq

“yanğınsöndürənlər”.

Mən su olub sellərlə gəldim, dənizlərlə

daşdım, yağışlarla yağdım, doldurdum

bütün çuxurlarınızı. Bəndlər çəkdiniz,

Böyük və möhkəm çətirlər düzəltdiniz siz.

Bədbəxt istehsal xətalrarı, üzməyi

öyrənməyə çalışmadınız.

Torpaq olanda parçaladınız məni

gözlərinizdə, böldünüz. Fərqsiz yarılarda

fərq axtardınız.Üstümə ayaq basdınız,

sonra isə tapdaladnıız məni, ləkələdiniz,

bilmədən ki, bu gün tapladığınız mən

sabah qəbirdə gözlərinizə, qulaqlarınıza

dolacam.

Üşüdünüz, başqalarının paltarlarını

geyindiniz.

Baqa çərçivələrdə öz rəsiminizi itiridiniz.

Şəffaf şüşənin hər iki üzündə ləkə

tapdnıız.

Ləkəlilərin içindəki təmiz ləkəlilər,

Mənləri uzaqlaşdırdınız aranızdan ,

Mənlər Biz oldu,

Bizlər güzgünüzə çevrildi.

Qorxdunuz,

Güzgülərdən, ya güzgüdəkilərdən?

Özünüzə belə etiraf etməyə cəsarətiniz

çatmadı.

Hər döngədə yeni bir yalan.

İndi tüpürün dabana, qaçın ən böyük

addımlarınızla,

Addımlarınızı atdığınız hər yer tələlərlə

doludur !

Siz sistemdəki errorlarsınız !

Nəfəsiniz tükənməsin deyə içinizə

çəkdiniz!

Atmosferin qaz tərkibi dəyişir,

boğulacaqsınız !

P.S Arabir güzgüyə baxın, baxın ki, sonra

görməyə bir şey qalmayacaq !

 


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
Müəllif

TuRaL
Haqqında
Mən PeSSiMiST olmaq istəmədim qapını bağladım pəncərələrdən girdi kədər...
Əlaqə
Tel.:
0559715754
E-mail:
tural_ilyasov_98@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0309 saniye