Bir qadın ağlayır
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 21:57 26 may 2014 tarixində əlavə olunmuşdur

Bir qadın ağlayır səssiz-səmirsiz...
deşir qulaqları bu sükut səsi.
susmuş bir nəğmə var dodaqlarında
Hüzün nəğməsidir onun nəğməsi

Gözləri danışır, alov yağdırır
Süzülür göz yaşı yanaqlarından
Yolun qırağında heykəltək durub
Sanki daş asılıb ayaqlarından

Gör nə zamandır ki tərpənmir qadın,
Xəyalı dünyanı dolanıb bəlkə.
Bəlkə heç gələni gözləmir qadın,
100 ildir bu yerdə dayanıb bəlkə.

Bir qadın ağlayır səsiz-səmirsiz
Deşir qulaqları bu sükut səsi
Elə bil çoxdandır yaşamır qadın
Elə bil çoxdandı gəlmir nəfəsi...

©Bir dəlinin gündəliyi


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+16=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0269 saniye