bir qadın ola , ərli qadın
Əri ilə yaşasa da səni düşünə.
Gecə əriylə bir yataqda uyusa da ,
ehtirasla sevişsə də .
ruhunun dərinliklərində sənin adını pıçıldaya ,
xəyallarında yaşada səni .
bir qadın ola , ərli qadın ,
doğulmuş körpəsinə sənin adını verə .
onun simasında səni görə , səni xatırlaya .
bir qadın ola , ərli qadın ,
ərinin içkisinə yuxu dərmanı qatıb
gecələr görüşünə gələ ,
şərab qoxulu dodaqlarıyla səni öpə .
bir qadın ola , ərli qadın ,
başqa kişinin qadını olsa da
ruhən sənə sadiq qala
düşüncəsi pak ola
Bir qadın ola , ərli qadın ,
həsrətindən yanasan ,
şərabla həmdərd olasan .
içəsən , Bordo şərabından
sərxoş oluncaya qədər.
gecə hamı yatan vaxt ,
bağıraraq
etiraf edəsən sevgini .
əri gəlib səni döyə
ölüncəyə qədər . .
Bir qadın ola , ərli qadın
ərindən ayrıla , dul qala
sən də subaylığın daşını atıb ,
evliliyin kubikini qaldırasan
Nicat Həşimzadə