Həyat gülməyibdir üzünə onun,
Geydirib əyninə qap qara donun,
Qalıb ortasında zamanın yolun,
Dolanır bu eli,dumanlı -çənli.
Bir qadın yaşayır gözləri nəmli.
Qəlbində nə arzu nə kamı qalıb,
Qüssələr dərdlərdən dərdlərə salıb,
İlahi cavankən nəcə qocalıb,
Dolanır bu eli,saçları dənli.
Bir qadın yaşayır gözləri nəmli.
Gözləri yaşarıb yenə dolubdur ,
Çöhrəsi saralıb gültək solubdur,
Bu həyat söyləyir məni yorubdur,
Dolanır bu eli,dərtli sitəmli,
Bir qadın yaşayır gözləri nəmli.
Arzusu bitibdir ,tamam tükənib,
Məhəbbət eşqidə yox olub itib,
Yaşam qamətini qəddini əyib,
Dolanır bu eli,belə görkəmli,
Bir qadın yaşayır gözləri nəmli.