Bir qadın
Gabriella tərəfindən "Esse" bolməsinə 00:29 07 fevral 2014 tarixində əlavə olunmuşdur

Bir qadın susur qarşında.Bir qadın sevmir,acı çəkir.Hər qadın sevmək üçün yaradılıb,sevilmək üçün..sevgi qadının geyimidir.O çılpaq gəzir küçələrdə.Ayaqları möhkəm basır yerə,daha kəskin parçalayır ayaqlarını şüşə qırıntıları.Hər ağrıya dözür daha böyük ağrı gəlsin deyə.Bir qadın heç danışmır dünyanın dərdini çəkərkən.Bir qadın gözlərinə baxıb gülümsəmir."Gəl,sevim keçsin"demir.Həyacanla qarşılamır gələnləri...Gözyaşı tökmür gedənlərin ardından.

Nə böyük dərdi var qadının..

Nədir dərdi qadının?...

Bir qadın heç sevilmir.Yarım qalıb bir qadın...tamamlanmır heç bir adamda.Parça-parçadır qadın.Hər insanda bir parça...hissləri kimi,yarımçıq.Yaslanacaq çiyin axtarır bir qadın.Başını yaslamağa bir adam,sığınmağa bir liman.Böyük dənizlərin ağır tufanları bir qadını çox incitdi.Başını yasladığı çiynin,bir damla yaş axmadan öncə getməyə hazırlaşması..sonsuzluğa yayılan tənhalığın arasında keçəcək daha bir neçə ömür.Çox inciyir bir qadın.Sevilmir qadın,aldadılır,canı yanır,yarım qalır hər insanda...Dadır hər acıyı..Öyrəşməlidir acıya..Ama səhv bir toxunuşda qırılır yenə.

İncədir bir qadın,çox incədir..

İncidilir bir qadın,çox incidilir...

Bir qadın heç sevilmir....


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
Müəllif

Gabriella
Haqqında

Əlaqə
E-mail:
moby666@qip.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0213 saniye