Saçları yağışda islanmış qadın.Açmış qollarını qucaqlayır damlaları.Sanki bütün günahlardan təmizlənmək istərcəsinə.Saatlarla rəqs etmək istəyir damlalarla.Gözlərndəki yaşları itiriən damlalarla.Dodaqları qurumuşdu susqunluqdan.yağışla ğpüşən qadın.Bir rəssamın saatlarla işləsə də ala bilməyəcəyi bir mənzərə.Hansı rənglər anlada bilər ki, onun içindəki coşğunu.Uşaqkən qorxardı yağışdan.Ancaq indi Tanrıyla qovuşmaq istərcəyir bütün ruhuyla.Sahiblənir möcüzənin hər anına.Sonra xəfif külək əsir.O külək ki bütün ruhunu titrədir.Saşlarını sığallayır.Ciyərinə ilk baharın təravətini gətirir.Bütün sinəsini doldurur küləyin qoxusuyla.Saçlarını oxşayır bu səfər.Günəş çıxır isidir bütün bədənini.Bəzənsə astaca tumarlayır.Sonra bir göyqurşağı görünür səmada.Qarışır bütün rəngləriylə qadeına.Tutur bir ucundan yüksəlir buludlara.Uşaqlığında xəyal etdiyi kimi yupyumuşaq bir bulud topasını qucaqlayır.Sonra gözlərini açır qadın.Bir baxır ki, gördüyü şirin bir röya imiş.Yağış damlaları sevdiyi adamın qolları,küləksə onun nəfəsi..günəş onun baxışları və göyqurşağı onun yaşadığı ülvi duyğularmış.Bir öpüş qondurur sevdiyi adamın yanağına və xəfifcə gözlərini yumub yenə dərin yuxuya gedir bir daha.