Bir qadının ömrü...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:38 20 fevral 2018 tarixində əlavə olunmuşdur

Bir qadının ömrü
Sevildiyi qədərdir.
Tərk edilmiş bir qadın
Kəsdiyi saçı uzunluğunda unudular
Santim-santim… 
Nə yağmurlar yaşada bildi
O qadını
Nə də rüzgarlar.
Fəsillərdə itirdi mutluluğu.
Üç yüz altmış beş günə  sığdırdı
Qəlbindəki ayrılıq sancısını.
Yazılmamış roman,
Bir qurtum şeir oldu
Şairlərə…
Hamı o qadından yazacaqdı
Sevgisindən,
Sancısından,
Yara olan yarasından…
İndi bütün pəncərələrdə
Qaranlıqlar yuva qurmuşdu.
Günəş də birdəfəlik unutmuşdu
Unudulmuş qadının qəlbini isitməyi.  

 

Aysel Abdullazadə
10.08.2017

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0256 saniye