Gözümün önünə gəlir O,anlar
Nə tezçə başladı,nə tezcə bitdi.
Çəkdi öz səmtinə, çağırdı yollar,
Bir qara maşına mindidə getdi..
Gözlərim yaşardı baxıb ardınca,
Sıxıldı həsrəti duyub andıqca.
Bir yurdda qəribtək bu cür qaldıqca,
Vüsalı xəyalda mənə əl etdi...
Bitməz imiş həsrətimin sınağı ,
Çıxıb getdi ürəyimin qonağı,
Bu dözdüyüm hər boşuna qınağı,
Xatirə eyləyib ,ömrümdə sildi.
Sevdalar cox olub ,amma, sevdamın
Olmayıb bənzəri, hec axtarmayın.
Düşəndə yadına bir xəbər alın.
Nə üçün Sönməzin ömründən itdi..?