Bir qızın arzuları boş
Gabriella tərəfindən "Hekayə" bolməsinə 20:59 18 aprel 2014 tarixində əlavə olunmuşdur

Hisslərini oyatmaq üçün altından çıxdığı neçənci adam idi bu.Ama hər yataqda daha da özgələşirdi ruhu..özünə qovuşmaq üçün attığı hər addım geriyə çəkirdi onu.Nə biri toxunabilirdi ruhuna,nə də o qaldırırdı sərhədlərini.Heç özünü belə buraxmırdı içəri.Qəzəblənir və hər dəfə daha çox incidirdi bədəni.Bəlkə ruhu inadından əl çəkərdə ona icazə verərdi içəri girməyə.Nifrəti vardı bədənə,bütün bədənlərə..Siqaretə başlamışdı yaxınlarda.Ciyərinə çəkdiyi hər tüstü boğazında düyümlənirdi.1-2il öncəyə qayıtdı bir anlıq...

-"Məni görsəydi nifrət edərdi" deyə düşündü...

-Elə indi də nifrət edirəm.

Əlindəki siqaretə baxdı,birdə yanındaki insana..Necə iyrənirdi ondan...Bahar gəlir

-Mənə necə iyrənc gəlirdi,gələn baharlar...

Baharı da sevmirəm...

-Sevdiyin birşey var sanki

Var..vardı.Mənim xəyallarım vardı.İndi isə bu parkda eyni skamyada hər gecə dəyişən yol yoldaşlarından başqa heçnəyə sahib deyiləm.Hərkəs gedəcəyi yerə qədər yoldaşlıq eləyir.Yatağa qədər,Ehtirasını bitirəcəyi yerə qədər..

Mənim getdiyim yol yoxdu.Qonaq oluram birilərinin həyatına,məni ordan qovana qədər...Səhərə qədər.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

Gabriella
Haqqında

Əlaqə
E-mail:
moby666@qip.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0255 saniye