.........Bir qızın talehi....... (Yuliyanin gündeliyinden)
Sevinc Bayramova tərəfindən "Hekayə" bolməsinə 16:44 19 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Bezen Olmek isteyirik, ama heyatin eslinde ne qeder deyerli oldugunu unuduruq, bu yaxinlarda yaxin bir dostumu da mes bele itirdim, Allah mekanin Cennet etsin :(
 
Mənim adım Yuliyadır. 2 iyun mənim 17 yaşım
tamam olacaq. Artıq 3 ildir ki mən xərçəng
xəstəliyinə tutulmuşam. Bu gündəlik mənim ən
ağır günlərimin sirdaşına çevrilib – bütün
ürəyimdə olanları, heç kimə deyə bilmədiyimi bura
yazıram... Bəzən ağlıyıram, hətta lap çox ağlıyıram.
Ağrılarım baş qaldıranda dözə bilmirəm, xəyal belə
qurmaq, nəyisə arzulamaq belə əlimdən gəlmir,
qışqırıram. Özümə yazığım gəlir.. Bəzən artıq
qüvvələrim tükənəndə Allahnan söhbət eliyirəm.
Yalnız ona nə hiss etdiyimi başa sala bilirəm. Axı
nəyə görə məs mən?! Cəmi 2 saat yuxu, 120
dəqiqə, amma mənə çox köməyi olur, heç olmasa
ağrı duyumuram... Allahım, bu dəyərli 2 saat üçün
təşəkkürlər! İnternet – mənim dünyamdır. Bu
mənim əlaqədə ola bildiyim yeganə bir dünyadır.
Xəstəxanaları hesaba almasaq.. Heç halım yoxdur,
içimdən qışqırmaq gəlir, amma gücüm yoxdur...
Bu gün yeni də tibb bacısı iynəni səhv yerə yeritdi,
damarımı partdatdı. HEYVAN! Artıq yata bilmirəm,
ağrıdan gözlərimi yuma bilmirəm...Belə
momentlərdə hamamda öyüyə- öyüyə qalıram,
nəfəsim çıxmır. İnternetdə (censored) bloqlarında
fikirlərimi bildirirəm. Onların da yaşamaq
istəmədiklərini görürəm.
Artıq keçmiş net dostlarımla əlaqələrimi
kəsmişəm. Onlarla bəzən salamlaşmaq istiyirəm,
amma sonrası gözümün önünə gəldikcə.
“Necəsən?” sualına nə cavab verəcəm? “Sağ ol, hər
şey əladı, mən xərçəng xəstəliyinə düçar oldum...
Heç kim mənə kömək eliyə bilmir. Ömrümün son
günlərini yaşayıram, amma həyatı dəhşət sevirəm
bütövlükdə hər şey Ok-di” Artıq anala da
danışmıram. O, bilir ki, mən qorxuram, həyatımla
vidalaşmaq istəmirəm...O da qorxur, amma
bildirmir. Bu gün köhnə sinif rəhbərim gəlmişdi
bizə. Gəlməsəydi daha yaxşı olardı. O, sinif
yoldaşlarım haqqında danışdı. Nəyə görə onlar
partylərə gedə bilirlər, velosiped sürə bilirlər, ən
önmlisi isə yaşaya bilirlər?! Nəyə görə mən
bunların hamısından məhrumam?! Amma artıq
gücüm qalmayıb, Allahım, azad elə məni bu
əzablardan, YAŞAMAQ İSTƏMİRƏM! Mənim
uşaqlığım çox yaxşı keçib. Anamla mən (atam bizi
atıb, gedib) bir-birimizi çox istiyirik. Hər şey gözəl
idi-bu qara xəbəri bilənə qədər. Əvvəlcə mənə
kimyəvi terapiya kursu keçdilər. Bu həyatımın ən
ağır günləri idi. Ancaq qısa müddətlik mən
düzəldim. Amma çox qısa bir müddətlik.. Sonra
mənə əməliyyat eləməli idilər. Mən çox
qorxurdum, anamı bir daha görməyəcəyimi
düşünürdüm. Ancaq hər şey yaxşıya doğru gedirdi,
əməliyyat uğurlu olmuşdur. 2 illlik mən düzəldim.
Artıq anam işə mən isə məktəbə gedirdim...Həkim
olmaq istiyirdim. Ancaq.... 2 ildən sonra məlum
oldu ki, xəstəliyim daha da güclənib. Mən
ağlıyırdım, istəyirdim ki, mənə bir əməliyyat daha
eləsinlər, təki düzəlim. Amma yox... Artıq şansım
yox idi. Bəlkə pulumuz olsa idi Amerikada bunun
əlacı var idi, gedərdik, düzələrdim... Amma olmadı,
heç kim yardım əli uzatmadı...
O gecə artıq Yuliya bizləri tərk etdi...


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0262 saniye