Bir qızın vida məktubu
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 19:01 02 may 2014 tarixində əlavə olunmuşdur

Əgər sən bu məktubu oxuyursansa deməli qərara almışam ki,səninlə bağlı nə varsa unudum,buna son verim. Mən səni azad edirəm.Baxmayaraq ki,birgə keçirdiyimiz günlər mənim həyatımın ən gözəl anları olub,etiraf edirəm ki, bu ayrılıq mənim üçün çox çətin olacaq.Mən heç də bu 5 ili birgə yaşadığımıza peşiman deyiləm.Bu beş il eyni zamanda baş tutmayan ümidlər və dəlicəsinə sevgi anları ilə dolu təzadlarla keçdi...Özün başa düşərsən,məncə sevən insanların ayrılığını ölümlə müqayisə etmək olar və bu zaman anlayanda ki,nəyisə dəyişmək artıq mümkün deyil,yenə də adamın içində hansısa bir ümid yaranır.Suda batan adamın saman çöpündən tutaraq xilas olmaq ümidinə bənzər bir şey kimi.Amma nə yazıq ki,bütün ümidlər puça çıxdı.Mən hələ də bircə şeyi başa düşə bilmirəm ki,bu müddət ərzində sən mənim şıltaqlıqlarıma necə dözürdün və hətta mən çıxıb gedərkən  nə üçün məni geri qaytarmağa cəhd edirdin. Sən məni necə də dəlicəsinə sevirdin.Mən bağışlanması imkansız olan sayda xatirinə dəydiyim vaxtlarda  belə məni necə bağışlayırdın? Məni bağışladığına görə sənə  heyrətlə sag ol deyirəm.Ancaq mən,mənsə heç zaman özümü bağışlaya bilməyəcəyəm.

Bizim ayrıldığımız günü xatırlayırsanmı? Mənim yaxşı yadımdadır.Mən sakitcə çıxıb getdim,sən isə artıq susurdun,sən artıq başa düşürdünki,mümkün deyil.Sadəcə sən baş verənlərə axıra qədər inanmırdın.Mən getdiyim gün hava eyniilə  bizim ilk görüşdüyümüz bir payiz günündəki kimi  püsəkli və soyuq idi.Elə bil təbiət də bizimlə birgə üzülür, bizimlə birgə həyəcanlanırdı.Təsadüfmü,yoxsa nə, payız məni hər zaman yaşlı və qəmli gözlərlə  müşaiyət  edir.

Deyirlər ki,sevginin ölməsinin qaynaqlarından  biri kimi sevənlərin aralarında başlayan fikir ayrılıqlarıdır və baxmayaraq ki,hansısa bir sözdən sonra fırtına qopacağını  bildiyin halda,susmaq əvəzinə danışmaga davam edirsən.Lənət şeytana biz heç mübahisə də edə bilmirdik,təkcə mən özümdən çıxırdım,sən isə tam sakit olurdun və məni sakitləşdirməyə çalışırdın.

Mən göz yaşları tökmədim,əksinə özümü daha sərbəst hiss edirəm və buna uyğun olaraq özümə  yeni həyat tərzi qurmağa başladım.Çox çətinliklər bahasına olsa da dözdüm.Bircə şey bugün məni narahat edir,mən hələ  səndən asılılığımdan tam azad ola bilməmişəm.Hansısa gözəgörünməz bir bağ hələ də bizi birləşdirir.Ona görə də mən son vaxtlar səbəb olmadan özümdən çıxıram, özümə qapanıb saatlarca halsız halda donub qalıram.Eıə bir vəziyyətdəyəm  ki,elə bil mən yoxam, əvəzində isə mənə əvvəllər etdiyim çilğınlıqlara icazə verməyən,məndən daha yaşlı bir qadına çevrilmişəm.Mən daha öz “azadlıgıma” özüm tərəfindən qovuşmuşam,ancaq səndə məni azad et,mən bu azadlığın qoxusunu,dadını hiss etmək istəyirəm.

Dediyim kimi birgə yaşadıgımız illər mənim üçün  yaşanması bir daha mümkün olmayan, ən gözəl xatirələrlə,ən acı anlarıa dolu və nəhayət sonunda ikimizin də ibrət aldıgımız bir tarix oldu.Əgər mənə desələr ki,səni yaddaşımdan silim,səninlə yaşadıqlarımızı ağlımdan çıxarıb atım buna heç vaxt razı olmaram və bu heç mümkün də deyil.Sənə mənim həyatımda olduğuna görə təşəkkür edirəm.Sənə son xahişim:burax məni.Hiss edirəm ki,hələ də məni düşünürsən,hələ də inanırsan ki mən qayıda bilərəm.Yox,mən daha qayıda bilmərəm.Gəl bir birimizi aldatmayaq.Necə ağrılı da olsa məni unut, qəlbində tutma və  AZAD et!

 


... dəfə oxunub
Qiymət: 8/10(23 səs)
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.025 saniye