Bir rəssamən həyatı
Samir Qiyaszadə tərəfindən "Reportaj" bolməsinə 09:10 08 avqust 2014 tarixində əlavə olunmuşdur

- 5 yaşından rəsm çəkməyə başlamışam. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışam. Müəllimim Qafar Seyfullayev olub. 1968-ci ildə Moskvaya gedib bu sənəti daha dərindən öyrəndim, sonra Naxçıvana işləməyə getdim.

Naxçıvanda olduğum vaxtlarda bir polisi öldürmüşdülər. Məni çağırıb xahiş elədilər ki, şahidlərin sözlərinə görə cinayətkarın simasını təsvir edim. İndiki kimi desək, onun fotorobotunu çəkdim və həmin cinayətkarı tapıb həbs elədilər. Bu məsələdən sonra məni Bakıya çağırdılar, MTN üçün fotorobotlar çəkməyə başladım, amma texnologiya inkişaf edəndən sonra əllə çəkilən fotorobotları kompüterlər əvəz elədi və beləliklə, mənim işim də bitdi. 
İşsiz qalandan sonra səyyat olaraq rəsmlər çəkib satmağa başladım. Əsərlərimin qiyməti onda 4000-5000$ idi. 

Bir gün isə həyatımın, demək olar ki, ən böyük zərbəsini aldım, oğlum çəkdiyim əsərlərdən bir neçəsini oğurlayıb onları çox ucuz qiymətə, bir neçə içki butulkasının qiymətinə satmışdı 

Çoxdandır bu balaca emalatxanamda qalıram, işsizəm və neçə ildir ki, heç bir şey çəkmirəm. Artıq qocalmışam, bütün ömrümü bu işə vermişəm, amma indi əlim fırça tutmur. Bundan sonra ancaq bir arzum var, o da çəkdiyim əsərlərdən ibarət həyatımda son dəfə sərgi keçirim....

© Nihad Qulamzadə

Yusif Hüseynov (75 yaş)


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

Samir Qiyaszadə
Haqqında
Fikirlərinizdə inqlab yaratmaq məqsədi ilə...
Əlaqə
E-mail:
samirqiyaszadesamir@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye