Bir sabah
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 17:26 17 aprel 2024 tarixində əlavə olunmuşdur
Ümidlər, təsəlli deyilmiş boşa;
Bir sabah gördüyün hər şey dəyişər
Səninlə göylərə yönəlib qoşa
Bir sabah içimdən qovular hər şər  

Yanaqdan səssizcə axar göz yaşım,
Mələklər zikrimi dinlər yanaşı
Dualar buludlar, səmalar aşıb
Bir sabah diləyim yetişər ərşə  

Çataraq kamıma cümlələrimdən
İstəsən nə yönə, söylə gəlim mən
O incə əllərin tutar əlimdən
Bir sabah durarsan üzümə qənşər  

İnan ki, vaxt deyil uçmağa erkən
Gecikmə sulara açmağa yelkən
Bu dövran tez keçir sona yaxınkən
Bir sabah ayılıb görərik məhşər...

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye